ŞəXSİ MƏLUMATLARIN QORUNMASI
Şəxsi məlumat deyərkən müştərilərin Beep MMC-nin xidmətlərindən istifadə zamanı şirkətə təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur.
Şəxsi məlumatların qorunma prinsipləri
Ümumi prinsiplər:
Beep MMC aşağıda qeyd edilən məqsədlərlə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya
bilər:
- Xidmət seçimlərinizi təyin etmək üçün
- İnformasiya, təbliğat, məhsul və xidmətlərimiz və ya reklam materiallarını sizə göndərmək üçün
- Beep MMC-nin maraqlarını qorumaq üçün
- Ədalət mühakiməsi üçün
- Sizin maraqlarınıza uyğun zolduğunu düşündüyümüz, Beep MMC xidmətləri və ya üçüncü tərəfin xüsusi
təkliflərini təbliğ etmək üçün
Beep MMC sürücü qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə
toplayır.
Təhlükəsizlik prinsipləri:
Beep MMC şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi
və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat
tədbirlərinin görülməsinə məsuliyyət daşıyır.
Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır.
Əgər Qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu,
müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə
bilər.
Beep MMC müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.